Ermənistan müxalifəti bu gün mitinq keçirəcək

Ermənistan müxalifəti bu gün mitinq keçirəcək

Bu gün Ermənistanda müxalifətin mitinqi keçiriləcək.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, aksiyanı müxalifətin “Ermənistan” və “Şərəfim var” blokları təşkil edir. Mitinq hazırkı baş nazir Nikol Paşinyanın 6 aprel tarixli Brüsselə səfərinə etiraz məqsədi daşıyır.

Aksiyada müxalifətin əsas simalarından olan ikinci prezident Robert Köçəryanın iştirakı da gözlənilir.

Bundan əvvəl “Hraparak” qəzeti Köçəryanın Tsağkadzorda xizək sürərkən xəsarət alması barədə məlumat vermiş və zədə səbəbindən Köçəryanın mitinqdə iştirak edə bilməyəcəyini irəli sürmüşdü.

İkinci prezidentin dəftərxanası bu mövzuda mətbuatda yazılanlara münasibət bildirib. Ofis koordinatoru Baqrat Mikoyan Robert Köçəryanın bir həftə əvvəl xəsarət aldığını deyib.

Üçüncü prezident Serj Sarkisyanın mitinqdə iştirak edəcəyi bildirilir.