Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib.
NOCOMMENT xəbər verir ki, bu barədə Armen Sarkisyan özü bildirib.
Ermənistan Prezidenti qeyd edib ki, onun istefasına səbəb ölkənin daxili və xarici siyasətinə təsir imkanlarının olmaması ilə əlaqədardır.
“Ölkə formaca prezident respublikasıdır, amma məzmunca yox”, – deyə o bildirib.
Ermənistan Konstitusiyasına əsasən növbədənkənar prezident seçkilərinə qədər dövlət başçısının səlahiyyətlərini Milli Məclisin spikeri Alen Simonyan icra edəcək.
Xatırladaq ki, Armen Sarkisyan 2018-ci ildə Ermənistan prezidenti seçilib. Onun bu vəzifəyə namizədliyi həmin dövrdə dövlət başçısı olmuş Serj Sarkisyan tərəfindən irəli sürülmüşdü.











