Ermənistanda prezident seçkiləri mart ayında keçiriləcək

Ermənistanda prezident seçkiləri mart ayında keçiriləcək

Ermənistanda prezident seçkiləri bu ilin mart ayında keçiriləcək.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı bildirib.

O, prezidentliyə namizəd, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryana müraciət edərək deyib: “Ümidvaram ki, mart ayında keçiriləcək seçkilərədək yüksək texnologiyalar sənayesi naziri vəzifəsini icra edəcək və bu dövr ərzində effektiv fəaliyyət göstərəcəyik”.

N.Paşinyan vurğulayıb ki, parlamentin 65 deputatı V.Xaçatryanın namizədliyini irəli sürüb.