Sumqayıtın istirahət guşələrinin birində kişi dünyasını dəyişib.
NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, hadisə dənizkənarı Bulvar ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini, 1964-cü il təvəllüdlü Səfərov Bəxtiyar Səfər oğlu qəflətən vəfat edib.
Onun ölüm səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır. Sumqayit24.az











