Ermənistanda prezidentliyə namizəd Türkiyə ilə münasibətlərin normallaşmasından danışdı

Ermənistanda prezidentliyə namizəd Türkiyə ilə münasibətlərin normallaşmasından danışdı

Ermənistanda Hakim Vətəndaş Razılaşması Partiyasından prezidentliyə namizəd Vaaqn Xaçatryan Azərbaycanla sülhün bərqərar olması və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasının yanadır.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə V.Xaçatryan Ermənistan İctimai Televiziyasının efirində danışıb.

“Qonşularla yalnız sülh şəraitində yaşaya bilər və yaşamalıyıq. “Sülhə məcburetmə” tezisi köhnəlib. Hamımız bilməliyik ki, sülh inkişafın və həyatın yeganə formasıdır. Məcburiyyətlə heç nəyə nail olmaq olmaz”, – V.Xaçatryan bildirib.

O, başlayan erməni-türk dialoquna müsbət münasibət bəslədiyini də vurğulayıb. V.Xaçatryan bildirib ki, münasibətləri ilkin şərt olmadan normallaşdırmaq olar.