Ermənistanda seçkiyə nəzarət dronlarla aparılacaq

Ermənistanda seçkiyə nəzarət dronlarla aparılacaq

Ermənistanda seçkiönü gərginlik və qanun pozuntularının qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən görünməmiş texnoloji addım atılıb. Sabah keçiriləcək seçkilər zamanı seçici rüşvətinin paylanması prosesi havadan nəzarətə götürüləcək.

NOCOMMENT.az xəbər verir ki, Ermənistanın Antikorrupsiya Komitəsi sabah – seçki günündə səsvermə hüququ olan şəxslərə rüşvət verən və alan şəxsləri müəyyən etmək üçün dronlardan istifadə olunacağını bəyan edib.

Qurumdan verilən rəsmi məlumata görə, müasir texnoloji imkanların prosesə cəlb edilməsi bütün ölkə ərazisində həyata keçiriləcək. Bu addımın əsas məqsədi seçki məntəqələrinin ətrafında və şübhəli ərazilərdə planlaşdırılan operativ-axtarış tədbirlərinin səmərəliliyini maksimum dərəcədə artırmaqdır. Antikorrupsiya Komitəsi qanunsuz pul paylanması və seçki saxtakarlığı ilə bağlı daxil olan hər bir siqnalın havadan və qurudan ciddi şəkildə təqib ediləcəyini diqqətə çatdırıb.