Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin qaliblərini elan etdi.
NoComment.az xəbər verir ki, orta qrant müsabiqəsi üzrə qalib gələn QHT-lərdən biri də “Qarabağ” (keçmiş Virtual Qarabağ informasiya-kommunikasiya texnologiyaları gənclər ictimai birliyi) informasiya-kommunikasiya texnologiyaları gənclər ictimai birlikdir. İctimai birlikdən verilən məlumata görə yaxın vaxtlarda layihənin icrasına start veriləcək.
“Ermənistanın toponimik cinayətlərinin araşdırılması, elmi nəşrin hazırlanması və məlumatlandırma işinin aparılması” adlı layihənin əsas məqsədi Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin, o cümlədən Ermənistan hakimiyyətinin Azərbaycan mənşəli toponimlərə qarşı həyata keçirdiyi cinayətlərin araşdırılması, yerli və xarici ictimaiyyətinə çatdırılması, mövzu üzrə yeni informasiya bazasının yaradılmasıdır.
Layihə çərçivəsində “Ermənistanın toponimik cinayətləri” adlı kitab nəşr ediləcək və gənclər və geniş ictimaiyyət üçün təqdim ediləcək.
“Qarabağ” informasiya-kommunikasiya texnologiyaları gənclər ictimai birliyi











