Məşhur restoranda YANĞIN - VİDEO

Məşhur restoranda YANĞIN - VİDEO

Sumqayıt şəhərində yerləşən "Sushi Lab" restoranında yanğın baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın zamanı ərazidə təhlükəsizlik tədbirləri görülüb və alovun genişlənməsinin qarşısı alınıb.

Hadisənin başvermə səbəbləri və dəyən ziyanla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.