Oğuzda ağır qəza: ÖLƏN və YARALI VAR

Oğuzda ağır qəza: ÖLƏN və YARALI VAR

Oğuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı bir nəfərin xəsarət aldığı məlum olub.

Xəsarət alan "Mercedes" markalı avtomobilin 42 yaşlı sərnişini Aynur Salahovadır.

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün səhər saat 8:00-da rayonun Padar kəndi ərazisində qeydə alınıb.

"Mercedes" markalı, 10-UB-204 dövlət nömrə nişanlı avtomobillə 10-CB-199 dövlət nömrə nişanlı VAZ-21099 avtomobili toqquşub.

Nəticədə VAZ-21099-un sürücüsü, 1987-ci il təvəllüdlü Əbdülrəhim Məmmədəliyev dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.