Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze istefa verib.
NOCOMMENT Sputnik Georgia-ya istinadən xəbər verir ki, bu barədə o, keçirdiyi xüsusi brifinqdə deyib.
E.Tikaradze tibb sektorunda çalışanlara əməkdaşlığa və peşələrinə sadiqliyinə görə minnətdarlığını bildirib və nazirliyə rəhbərlik etdiyi dövrdə əldə olunmuş nailiyyətlərdən danışıb.
“Ölkədə çətin epidemioloji vəziyyətin olmasına və əsas məqsədin pandemiya ilə mübarizə olmasına baxmayaraq, iki il ərzində nazirlik bir sıra mühüm layihələr həyata keçirib”, – deyəTikaradze işinin nəticələrini yekunlaşdırıb.
Qeyd edək ki, E.Tikaradze nazir vəzifəsini 2019-cu ilin iyunundan tutub.












