Gürcüstanın XİN rəhbəri istefa verdi

Gürcüstanın XİN rəhbəri istefa verdi

Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri David Zalkaliani tutduğu vəzifədən istefa verib.

NOCOMMENT Sputnik Georgia-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili bildirib.

“Baş nazirin müavini və xarici işlər naziri Gürcüstanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. İlk növbədə, görülən işlərə görə cənab Davidə təşəkkür etmək istəyirəm. Cənab Davidin böyük təcrübəsi var. 30 ildir ki, ölkəmizə, doğma idarəsinə – Xarici İşlər Nazirliyinə müxtəlif vəzifələrdə xidmət edib, demək olar ki, bütün mühüm qərarların qəbulunda iştirak edib”, – deyə Qaribaşvili qeyd edib.

Eyni zamanda, hökumət administrasiyasının keçmiş başçısı İliya Darçiaşvilinin XİN başçı təyin olunduğu bildirilib.