Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə dövlət başçısı "X" platformasında paylaşım edib:
"Hörmətli Prezident Donald Tramp, Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğv müddətinin uzadılması haqqında memorandumu şəxsi yazınız və xoş sözlərinizlə birlikdə mənə xatirə hədiyyəsi kimi göndərdiyiniz üçün Sizə səmimi minnətdarlığımı bildirmək istəyirəm. Bu düşüncəli jesti çox yüksək qiymətləndirirəm və ona ən yüksək hörmətlə yanaşıram".












