Arifoğlu 1990-cı ildə Müsavat Partiyasının rəhbərliyində baş verən prosesləri, Nəsib Nəsibli planını və Elçibəylə aparılan danışıqları açıqladı
NOCOMMENT.az bildirir ki, bu fikirləri Rauf Arifoğlu Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əliyevə geniş müsahibəsində deyib.
Arifoğlu bildirib:
“1990-cı ilin iyun ayındakı konfransda Nəsib bəyi təşkilata rəhbər gətirdik. Bu, mənim və Niyazi İbrahimovun (hazırda Almaniyada mühacirətdədi) təşəbbüsü idi. Düşündük ki, partiya daxilində konfliktlərə və parçalanmalara son qoymaq üçün araşdırmaçı alim, yaxın dostumuz Nəsib Nəsibzadə (Nəsibli) AMDP Yeni Müsavatın rəhbərliyinə gətirilsin. Üstəlik, bilirdik ki, Nəsib bəy Ankaradakı Milli Mərkəzlə – Müsavatın hüquqi varisləri ilə yaxındır. Bu əlaqə vasitəsi ilə Ankaradakı Rəsulzadə silahdaşlarının da dəstəyini almaq, daha da büyümək və Azərbaycanda Müsavatı həm də hüquqən bərpa etmək istədik. İndidən deyim ki, bu plan çox parlaq şəkildə baş tutdu. AXC sədri, milli hərəkatın lideri Elçibəylə görüşdüm, onun dəstəyini aldım, daha sonra Nəsib bəylə bərabər Elçibəylə görüşüb, ondan Müsavat Partiyasına rəhbərlik etməsi xahişində bulunduq…”











