Köçəryana daha bir cinayət işi açıldı - 22 il öncə nə baş verib?

Köçəryana daha bir cinayət işi açıldı - 22 il öncə nə baş verib?

Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı yeni cinayət işinin başladılması siyasi gündəmin əsas mövzularından birinə çevrilib.

NOCOMMENT.az xəbər verir ki, sabiq dövlət başçısı bu yeni istintaq hərəkətinin 22 il əvvəl qəbul edilmiş bir qərarla bağlı olduğunu bildirib. "Ermənistan" blokunun lideri Robert Köçəryan ona qarşı açılan yeni cinayət işi ilə əlaqədar Antikorrupsiya Komitəsinə çağırıldığını açıqlayıb. Köçəryanın sözlərinə görə, işdə yalnız bir epizod yer alır və söhbət onun 2004-cü ildə hökumət qərarının ratifikasiyası ilə bağlı sənədi təsdiqləməsindən gedir.

Sabiq prezident ona qarşı irəli sürülən ittihamları qətiyyətlə rədd edərək, başlanmış istintaqı absurd adlandırıb. O, müdafiə mövqeyində vurğulayıb ki, həmin dövrdə qüvvədə olan Konstitusiya ratifikasiyadan imtina imkanını nəzərdə tutmurdu və onun hərəkətləri hüquqi çərçivədə icra edilmişdi. Ekspertlər isə hesab edir ki, bu yeni istintaq hərəkəti Köçəryanın siyasi fəaliyyətinin məhdudlaşdırılması və Ermənistanın daxili siyasi mübarizəsinin yeni mərhələsi kimi qiymətləndirilə bilər.

Əli Səfərli,
NOCOMMENT.az