“Kiyev Rusiyanın şərtlərini qəbul edərsə, hərbi əməliyyatlar istənilən an dayandırıla bilər”.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, belə bir bəyanatla Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
O bildirib ki, Ukrayna Krımı Rusiyanın ərazisi kimi, qondarma DXR və LXR-in isə müstəqilliyini tanımalıdır.












