Kreml Paşinyanan bu "hədiyyə"ni hazırlayır - ŞOK DETALLAR

Kreml Paşinyanan bu "hədiyyə"ni hazırlayır - ŞOK DETALLAR

Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkilərinə cəmi iki gün qalmış Baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə olduqca kritik və pərdəarxası telefon danışığı apardığını, həmçinin Kreml rəhbərinə xüsusi bir vəd verdiyini rəsmən elan etməsi, regionun geosiyasi mənzərəsində yeni suallar doğurub.

Paşinyanın seçkiqabağı təşviqat kampaniyasının son saatlarında xalqa müraciəti zamanı açıqladığı bu gizli sövdələşmə Moskva ilə İrəvan arasında gərginliyin pik həddə çatdığı bir dövrdə tərəflərin kompromis axtarışında olduğunu göstərir. Ermənistan liderinin seçkilər başa çatdıqdan dərhal sonra Rusiya Federasiyasına rəsmi səfər edəcəyini, Vladimir Putinlə təkbətək görüşərək ikitərəfli münasibətlərdə toplanan bütün kəskin problemləri və kritik sualları birdəfəlik həll edəcəyinə dair vəd verməsi müəyyən mənada rəsmi Moskvanın da artıq mövcud reallıqları qəbul etməyə başladığı ehtimalını irəli sürür. Kremldən gələn bu üstüörtülü yaşıl iş, Rusiyanın Ermənistandakı seçkilərdə Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasının qələbə qazanacağına dair əminlik hasil etməsi və revanşist qüvvələrin ssenarilərindən ümidini kəsməsi kimi də şərh olunur.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Əkbər Məcidli qeyd edib ki, Nikol Paşinyanın Putinə verdiyi bu qəribə vəd, seçki ərəfəsində daxili və xarici auditoriyaya hesablanmış çox gidişli bir diplomatik manevrdir: "Son rəy sorğularında Paşinyanın reytinqinin 65 faizə yaxınlaşması, onun parlamentdə mütləq çoxluğu qoruyub saxlayacağını onsuz da rəsmiləşdirmişdi. Kreml hər nə qədər Mariya Zaxarovanın dili ilə erməni müxalifətinə dəstək versə də, reallıq hissini tam itirməyib və Nikolun yenidən seçiləcəyini bilir. Paşinyanın bu gedişi daxildəki mühafizəkar və Rusiyayönümlü seçicinin qorxularını sıfırlayır; o, erməni xalqına mesaj verir ki, mən Qərblə yaxınlaşsam da, Moskva ilə körpüləri tam yandırmıram və seçkidən dərhal sonra Putinlə razılığa gələcəyəm. Bu açıqlama, Robert Koçaryan və digər revanşistlərin seçki kampaniyalarını qurduqları 'Paşinyan gəlsə, Rusiya Ermənistanı məhv edəcək' tezisini tamamilə darmadağın etdi".

Siyasi şərhçinin sözlərinə görə, Vladimir Putinin bu səfər təklifini qəbul etməsi, Kremlin Nikol Paşinyanın qələbəsi ilə faktiki olaraq barışdığını, lakin ona gələcək kursla bağlı müəyyən qırmızı xətlər diktə edəcəyini göstərir: "Rusiya anlayır ki, Ermənistandakı 7 iyun seçkilərində öz rıçaqları ilə hərbi çevriliş və ya küçə iğtişaşları törətmək ssenarisi Qərbin İrəvana verdiyi birbaşa kəşfiyyat və təhlükəsizlik sığortası səbəbindən çox risklidir. Buna görə də Moskva fərqli bir taktikaya keçir. Seçkidən dərhal sonra Paşinyanın Moskvaya çağırılması, ona Azərbaycanla iyunda imzalanması gözlənilən yekun sülh sazişində Rusiyanın maraqlarını, xüsusən Zəngəzur dəhlizinə nəzarət məsələsində Kremlin şərtlərini tamamilə masadan silməmək şərtini qoymaq məqsədi daşıyır. Paşinyan Putinə 'mənə seçkini sakit başa vurmağa imkan verin, sonra gəlib hər şeyi razılaşdıracağıq' vədi verərək vaxt qazanır. Moskva bu qələbə ilə barışsa da, Nikolu tam sərbəst buraxmaq niyyətində deyil, sadəcə olaraq münasibətləri qanuni müstəvidə, lakin sərt şərtlərlə tənzimləməyə hazırlaşır".

Tunar,
NOCOMMENT.az