Lavrov: Üçtərəfli görüş gündəmdən çıxarılmayıb

Lavrov: Üçtərəfli görüş gündəmdən çıxarılmayıb

Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü gündəmdən çıxarılmayıb, Rusiya bu görüşü qəbul etməyə hazırdır.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.

“Regionda filiz yataqlarının işlənməsi ilə bağlı fikir ayrılıqlarını həll etmək lazımdır. Biz Rusiyanın iki dost ölkəsi arasında sülhün olmasında maraqlıyıq. Əsas odur ki, münaqişənin yenidən baş verməsinin qarşısı alınsın. Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli görüş gündəmdən çıxarılmayıb”, – deyə Lavrov bildirib.

Qeyd olunub ki, tərəflər nazirlər səviyyəsində Cənubi Qafqaz üzrə “3+3” formatında da yeni təmaslar haqqında razılığa gəliblər.