Lukaşenko Putin və Tokayevə zəng etdi

Lukaşenko Putin və Tokayevə zəng etdi

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı və qazaxıstanlı həmkarları Vladimir Putin və Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

“Belarus prezidenti əvvəlcə rusiyalı, sonra isə qazaxlı həmkarları ilə Qazaxıstandakı vəziyyətlə bağlı məsləhətləşmələr aparıb”, – deyə məlumatda qeyd olunur.