Müctəba Xameneinin seçilməsinə dair bəzi sirlər üzə çıxdı

Müctəba Xameneinin seçilməsinə dair bəzi sirlər üzə çıxdı

"Ali Rəhbərin xələfini seçmək üçün keçirilən ilk iclasda Müctəba Xameneinin adı siyahıda yox idi".

NOCOMMENT.az BBC-yə istinadla xəbər verir ki, bunu İran Ekspertlər Məclisinin Xuzestan əyalətindən olan üzvü Ayətullah Möhsün Heydəri Əl-Kəsir bildirib.

Onun sözlərinə görə, təxminən 80 gün əvvəl Məclis üzvləri avtobusla iclas yerinə aparılıb. Ünvana gediş ifrat ciddi təhlükəsizlik tədbirləri ilə müşayiət olunub.

Əl-Kəsir qeyd edib ki, iclasda namizəd olaraq əvvəlcə 2 nəfərin adı hallanıb: Sadeq Laricani və Əlirza Ərafi.

Özü və bir sıra nümayəndənin etirazından sonra Müctəba Xameneinin adı da siyahıya salınıb.

Tehranın imam-cüməsi Əhməd Xatəmi isə bildirib: "Elə adamı Ali Rəhbər seçməliyik ki, onun adı gələndə həm Tramp, həm də Məhəmməd Xatəmi (İranın sabiq prezidenti - red.) ah çəkib narazı qalsınlar".\\"Yeni Sabah"