ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana gəlib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Pelosi Ermənistanın baş naziri Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan və digər yüksək vəzifəli rəsmilərlə görüşüb, onlarla ABŞ-Ermənistan münasibətləri və mövcud təhlükəsizlik vəziyyətini müzakirə edəcək.
Qeyd edək ki, Amerikanın “Politico” qəzeti Nensi Pelosinin Azərbaycanla Ermənistan arasında yaranan gərginliklə bağlı Ermənistana səfər edəcəyini bildirmişdi.












