İsrail ilə İran arasında bölgədə gərginliyin pik həddə çatdığı bir vaxtda, İsrail rəhbərliyindən Tehran rejiminin gələcəyi ilə bağlı növbəti sərt bəyanat gəlib.
NOCOMMENT.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu İranın mövcud hakimiyyət sisteminin böyük bir çöküş astanasında olduğunu iddia edib. Tehrandakı rejimin daxildən sarsıldığını vurğulayan Baş nazir öz bəyanatında bu fikirləri səsləndirib: "İrandakı bu terror rejiminin əsasları artıq çat verib. O, artıq heç vaxt əvvəlki vəziyyətinə qayıda bilməyəcək və mən sizə deyirəm — bu rejim çökməyə məhkumdur".
İsrail baş nazirinin bu bəyanatı, Yaxın Şərqdə tərəflər arasında hərbi və siyasi qarşıdurmanın daha da kəskinləşəcəyinə dair siqnalları gücləndirib.
Turan,
NOCOMMENT.az











