Özgür Özel üçün şok qərar – Kılıçdaroğlu geri döndü - VİDEO

Özgür Özel üçün şok qərar – Kılıçdaroğlu geri döndü - VİDEO

Türkiyədə müxalifət düşərgəsində siyasi böhran dərinləşir. Ankara Regional Apelyasiya Məhkəməsinin 36-cı Mülki Kollegiyası CHP-nin qurultayı ilə bağlı iş üzrə mühüm qərar qəbul edib. Qərara əsasən, partiya sədri Özgür Özel və mövcud rəhbərlik müvəqqəti olaraq vəzifədən uzaqlaşdırılıb, keçmiş sədr Kemal Kılıçdaroğlu və əvvəlki rəhbərlik isə yenidən partiya idarəçiliyinə qaytarılıb.

NOCOMMENT.az xəbər verir ki, məhkəmə icraçıları qərarı şəxsən Kılıçdaroğlunun ofisində təqdim ediblər.

Bununla da qərar rəsmi şəkildə qüvvəyə minib. Bildirilir ki, Kılıçdaroğlu yaxın saatlarda Partiya Şurası üzvləri ilə görüşlərə başlayacaq.

Qərardan sonra qurultay işində nümayəndələrin vəkili olan Yusuf Üregen açıqlamasında bildirib ki, artıq CHP-nin sədri Kamal Kılıçdaroğludur və yeni siyasi proses başlayıb.

Digər tərəfdən, CHP rəhbərliyinin ehtiyat tədbiri qərarı ilə bağlı etdiyi apelyasiya şikayəti də məhkəmə tərəfindən rədd edilib. Qərarda ilkin qadağa qərarının qəti olduğu və bununla bağlı əlavə apelyasiya hüququnun olmadığı vurğulanıb.

Qərarın ardından Kılıçdaroğlu diqqətçəkən addım da atıb. O, CHP-ni məhkəmə proseslərində təmsil edən vəkillər Çağlar Çağlayan, Mehmetcan Keysan və Hazar Kardaşı vəzifədən uzaqlaşdırıb.

Qeyd edək ki, qalmaqallı proses CHP-nin 2023-cü ilin noyabrında keçirilən 38-ci Qurultayı ilə bağlı başlamışdı.

Keçmiş Hatay bələdiyyə başçısı Lütfü Savaş və bəzi nümayəndələr qurultayın “tamamilə etibarsız” sayılması üçün məhkəməyə müraciət etmişdilər. İddiada Özgür Özel rəhbərliyinin vəzifədən uzaqlaşdırılması və Kılıçdaroğlunun yenidən partiya rəhbərliyinə qaytarılması tələb olunurdu.



Turan
NOCOMMENT.az