"Paşinyan Azərbaycanın əlini gücləndirən səhvə yol verdi"

"Paşinyan Azərbaycanın əlini gücləndirən səhvə yol verdi"

Ermənistanda siyasi şərhçi Suren Surenyants Baş nazir Nikol Paşinyanın “üçbaşlı müharibə partiyası” barədə açıqlamalarını sərt tənqid edib.

NOCOMMENT.az xəbər verir ki, Surenyantsın sözlərinə görə, Paşinyan bu ritorikası ilə ölkəni çətin vəziyyətə salıb və Azərbaycanın gələcək danışıqlarda bundan əlavə arqument kimi istifadə etməsi riskini yaradıb.

Politoloq bildirib ki, müxalifətə səs verən təxminən 500 min Ermənistan vətəndaşının dolayısı ilə müharibə tərəfdarı kimi təqdim olunması yanlış yanaşmadır. Onun fikrincə, bu, gələcəkdə Azərbaycan tərəfinin Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsinin sülh istəmədiyini iddia etməsinə zəmin yarada bilər.

Surenyants həmçinin bildirib ki, Bakı tərəfindən Ermənistan Konstitusiyasının dəyişdirilməsi və referendum keçirilməsi ilə bağlı irəli sürülən tələblərin yerinə yetirilməsi üçün Paşinyan artıq siyasi meydanı təmizləməyə və özünə uyğun olmayan seçici qruplarını kənarlaşdırmağa başlayıb.\\musavat.com