Ermənistan, Fransa, Almaniya və Avropa Şurası liderləri Nikol Paşinyan, Emmanuel Makron, Olaf Şolz və Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etməməsinə baxmayaraq Qranadada görüş keçirəcəklər.
NOCOMMENT.az TASS-a istinadla xəbər verir ki, Aİ-nin yüksək səviyyəli nümayəndəsi bu barədə İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində jurnalistlərə bildirib.
“Mövcud vəziyyəti müzakirə etmək, Aİ-nin nə edə biləcəyini, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə gələcək iş perspektivlərini müzakirə etmək üçün, eləcə də Aİ-Ermənistan gündəmini təşviq etmək və dərinləşdirmək üçün Ermənistan, Fransa, Almaniya və Avropa Şurası liderlərinin dördtərəfli görüşü keçiriləcək”, o, deyib.












