Ermənistanın baş naziri Nikol Paşinyan özünütəcrid vəziyyətindən çıxıb.
NOCOMMENT.az erməni KİV-ə stinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, baş nazir xəstəliyi ağır simptomlar olmadan keçirib.
Qeyd edək ki, Paşinyan yanvarın 26-da koronavirusa yoluxmuşdu. Onun bir həftəlik karantin müddəti artıq başa çatıb.












