Sərhəddə vəziyyətin gərginləşdiyi zamanda Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, liderlər ikitərəfli əlaqələr və regiondakı prosesləri müzakirə etməklə yanaşı 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasından da danışıblar.
Həmçinin Ermənistan-Azərbaycan sərhədində delimitasiya və təhlükəsizlik üzrə komissiyanın fəaliyyəti, eləcə də regionda kommunikasiyaların açılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.










