Peskov da Paşinyana cavab verdi

Peskov da Paşinyana cavab verdi

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağdakı rus sülhməramlıları ilə bağlı sözlərinə cavab verib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Kremlin sözçüsü Ermənistan rəhbərinin ittihamlarını qəbul etmədiklərini deyib.

“Rusiya sülhməramlıları fəaliyyət göstərdikləri ərazilərdə asayişi və əmin-amanlığı təmin etmək üçün hər şeyi edirlər. Onlar yalnız tərəflərin imzaladığı sənədlərin ruhuna uyğun hərəkət edirlər”, – deyə Peskov bildirib.

Nikol Paşinyan bundan əvvəl Rusiya sülhməramlılarını öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.