Kreml Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında danışıqların təşkili üçün heç bir maneə görmür.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov bildirib ki, bu görüş yalnız Ukrayna Moskvanın təhlükəsizlik problemləri barədə danışmağa hazır olduğu anda baş tuta bilər: “Bu, neytral statusdur. Bu, silah sistemlərindən imtinadır. Məsələ burasındadır ki, Ukrayna rəhbərliyi buna hazırdırmı?”












