Ukraynanın Donbasa silahlı hücum təhlükəsi indi çox yüksəkdir.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Ukrayna hakimiyyəti özünü elan etmiş respublikalarla təmas xəttində – sərhəddə çox sayda qüvvə və vasitə cəmləşdirir, bu cəmləşmənin xarakteri doğrudan da hücum hərəkətlərinə hazırlıqdan xəbər verir və həqiqətən də indi belə bir təhlükə mövcuddur”, – deyə D.Peskov bildirib.
Onun sözlərinə görə, Qərbin Ukraynaya silah tədarükü bir daha Kiyevdəki qaynar başları bu əməliyyata başlamağa ilhamlandırır, hərbi təxribat təhlükəsi isə artır.











