Bir müddət əvvəl öz ərizəsi ilə Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsindən çıxan Rövşən Süleymanova yeni vəzifə verilib.
NOCOMMENT-in “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, R.Süleymanov Prezident Administrasiyasının İşlər İdarəsində bu həftədən işə başlayıb.
Qeyd edək ki, R.Süleymanov 2019-cu ildə Səbail RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.












