“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Əli oğlu Hüseynov vəzifəzindən azad edilib.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Qeyd edək ki, İqbal Hüseynov müxtəlif vəzifələrdə çalışıb, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə “Azərbaycan Dəmir Yolları”nın sədr müavini vəzifələrini tutub.













