Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı

Prezident Əliyev Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, sənədə əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla bu Sərəncamın əlavəsində göstərilən əhalisi 80 min nəfərdən çox olan 38 yaşayış məntəqəsində 40 ədəd subartezian quyusunun layihə-smeta sənədlərinin hazırlanması, qazılması və əhalinin içməli su ilə təmin olunması üçün müvafiq tədbirlər görəcək.