Putin İrəvanda Paşinyanla təkbətək görüşəcək

Putin İrəvanda Paşinyanla təkbətək görüşəcək

Rusiya prezidenti Vladimir Putin noyabrın 23-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinin keçiriləcəyi İrəvana səfəri çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla ayrıca görüş keçirməyi planlaşdırır.

NOCOMMENT.az TASS-a istinadla bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bəli, görüş təbii ki, planlaşdırılır”, – deyə Kreml nümayəndəsi Rusiya və Ermənistan liderlərinin noyabrın 23-də İrəvanda ayrıca görüşünün olub-olmayacağı ilə bağlı suala cavab verib.

Xatırladaq ki, bundan əvvəl Peskov Putinin noyabrın 23-də Ermənistanda keçiriləcək KTMT sammitində iştirak edəcəyini təsdiqləyib.