Putin Təhlükəsizlik Şurasını toplayıb

Putin Təhlükəsizlik Şurasını toplayıb

Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə Təhlükəsizlik Şurasının müşavirəsi keçirilir.

NOCOMMENT report-a istinadən xəbər verir ki, toplantıda şuranın daimi üzvləri iştirak edir.

Müşavirədə daxili təhlükəsizlik sahəsində təhdidlərin qarşısının alınması üçün əlavə tədbirlərin görülməsi müzakirə olunur.

“Bu gün daxili təhlükəsizlik sahəsində təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün əlavə tədbirlərlə bağlı məsələni müzakirə edəcəyik”, – deyə V.Putin bildirib.