Ukraynanın xarici işlər naziri Dmitri Kuleba rəsmi Kiyevin tərəfdaşlarına müraciət edib.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, o, tviter hesabında paylaşdığı müraciətdə bildirib:
“Rusiyanın təcavüzünün qarşısının alınması üçün tərəfdaşlarımızı daha çox sanksiya tətbiq etməyə çağırırıq. Fevralın 22-də ilk qətiyyətli addım atılıb. Biz buna görə tərəfdaşlarımıza minnətdarıq. İndi Vladimir Putini dayandırmaq üçün daha çox təzyiqə ehtiyac var. İqtisadiyyatını və dəstəsini vurmaq lazımdır. Daha çox, daha sərt və indi vurun”, – deyə nazir qeyd edib.












