“Fransa tərəfindən həmin şəxsə viza verilməyib”.
NOCOMMENT xəbər verir ki, bu sözləri yenisabah-a açıqlamasında Fransanın Azərbaycandakı fövqəladə və səalhiyyətli səfiri Zakari Qross deyib.
O, Qarabağdakı qondarma rejimin parlament rəhbəri Artur Tovmasyanın Parisə səfəri çərçivəsində separatçı qurumun daimi nümayəndəsi Ovanes Gevorkyanla görüşünə toxunub.
Səfir vurğulayıb ki, Fransada belə bir “daimi nümayəndəlik” yoxdur: “Yalnız özünü belə adlandıran qeyri-hökumət təşkilatı var, lakin onun heç bir rəsmi statusu, eləcə də Fransa hökuməti ilə heç bir əlaqəsi yoxdur”.












