Qriqoryan Sallivanla Laçın dəhlizini müzakirə etdi

Qriqoryan Sallivanla Laçın dəhlizini müzakirə etdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefon danışığı aparıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Ermənistan TŞ mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Qriqoryan Laçın dəhlizi ətrafında yaranmış böhranın təfərrüatları barədə Sallivana məlumat verib. Bununla bağlı tərəflər problemin tezliklə həllinin və sülh danışıqları üzərində işin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

“Tərəflər Ermənistan və ABŞ arasında münasibətlərin sabit və daimi inkişaf dinamikasını yüksək qiymətləndiriblər”, – deyə məlumatda bildirilib.