Rəsmi İrəvan Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri ilə bağlı açıqlama verib.
NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN mətbuat katibi Vaan Unanyan feysbukda yazıb.
“Baş nazir Nikol Paşinyanın martda Türkiyəyə səfəri və onun Antalya Diplomatik Forumunda iştirakı müzakirə olunmur”, – deyə o qeyd edib.
Daha əvvəl Türkiyə vitse-prezidenti Fuad Oktay Paşinyanın martda Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə səfər edəcəyini açıqlamışdı.












