Kolumbiyanın Çoko departamentinin qubernatoru Nubiya Karolina Kordoba-Kuri 7.4 maqnitudalı zəlzələnin səbəb olduğu dağıntılar və xəsarət alanlar barədə məlumat verib.
NOCOMMENT.az xəbər verir ki, qubernator "X" sosial şəbəkəsindəki hesabında Kibdo şəhərində yaralananların olduğunu, binalara ciddi ziyan dəydiyini bildirib.
Onun sözlərinə görə, hazırda hökumət nümayəndələri tərəfindən dəymiş zərərin miqyası qiymətləndirilir. Qubernator, eyni zamanda, ərazidə yeraltı təkanların yenidən təkrarlanma ehtimalının olduğunu da qeyd edib.











