İstanbulun Kağıthane rayonunda soyadımız olan azərbaycanlı qadının şübhəli ölümü qonşuları və hüquq-mühafizə orqanlarını ayağa qaldırıb. Avqustun 9-da günorta saatlarında qeydə alınan hadisə zamanı 57 yaşlı Lətifə İbadova yaşadığı mənzildə cansız halda tapılıb.
NOCOMMENT.az xəbər verir ki, "Hürriyet" qəzetinin yaydığı məlumata əsasən, polislər və tibb işçiləri dərhal ünvana cəlb olunublar.
Meyitin üzərində aparılan ilkin vizual müayinə zamanı hər hansı kəsilmiş-deşilmiş yaranın, zorakılıq və ya fiziki təzyiq izlərinin mövcud olmadığı müəyyənləşdirilib. Buna baxmayaraq, ölümün dəqiq səbəbini öyrənmək üçün məhkəmə-tibbi ekspertizasının rəyi gözlənilir.
İstintaq zamanı diqqət çəkən ən əsas məqam isə qadınla birlikdə həmin evdə qalan Fərhad adlı şəxsin əməlləri olub.
Məlum olub ki, həmin şəxs hüquq-mühafizə qurumlarına rəsmi xəbərdarlıq edilməzdən cəmi 15 dəqiqə əvvəl binanı tərk edərək gözdən itib. Eyni zamanda, mənzildə aparılan axtarışlar zamanı narkotik vasitə olduğu güman edilən şübhəli maddə aşkarlanıb və müvafiq ekspertizaya təqdim edilib. Prokurorluq tərəfindən faktla bağlı hərtərəfli cinayət işi başladılıb, qaçan şübhəlinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.











