Robert Köçəryan prezidentliyə namizədliyini irəli sürməyəcək

Robert Köçəryan prezidentliyə namizədliyini irəli sürməyəcək

“Robert Köçəryan Ermənistan prezidentliynə namizədliyini irəli sürməyəcək”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu parlamentin “Ermənistan” fraksiyasının üzvü, deputat Aqnessa Amoyan 5-ci kanalın efirində bildirib.

Onun sözlərinə görə, “Ermənistan” blokunun prezidentliyə başqa namizədi olacaq: “Ancaq Robert Köçəryan bu posta namizədliyini irəli sürməyəcək”.

Xatırladaq ki, bir neçə gün əvvəl istefa vermiş ölkə prezidenti Armen Sarkisyanın yerinə iqtidar namizədin adı artıq məlumdur – Vətəndaş Müqaviləsi Partiyası seçkilərdə Araik Arutyunyanın namizədliyi irəli sürəcək.