Rusiya Ukraynanın 4 vilayətini tərkibinə qatmaq üçün referendum keçirir

Rusiya Ukraynanın 4 vilayətini tərkibinə qatmaq üçün referendum keçirir

Donetsk və Luqansk “xalq respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətlərinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı referendum başlayıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, referendum 5 gün davam edəcək.

Seçkilərin ilk 4 günü səsvermə seçki məntəqələrində deyil, yaşayış yerlərində və vətəndaşların ziyarət edilməsi yolu ilə keçiriləcək. Həmin vilayətlərin sakinləri yalnız sentyabrın 27-si seçki məntəqələrində səs verə bilərlər. Səslərin sayılması da məhz həmin gün başlayacaq.