Rusiyadan Avropaya ŞOK TƏHDİD

Rusiyadan Avropaya ŞOK TƏHDİD

Rusiya Federasiyası Avropa şirkətlərinin ölkədəki 200 milyard avro dəyərindəki aktivlərini müsadirə etməyə başlaya bilər. "The Moscow Times" nəşrinin məlumatına görə, bu ehtimal Moskva Arbitraj Məhkəməsinin qapalı iclasda Rusiya Mərkəzi Bankının Belçikanın "Euroclear" depozitarisinə qarşı qaldırdığı iddianı təmin etməsindən sonra yaranıb.

NOCOMMENT.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı məhkəmə vasitəsilə "Euroclear"dan 18,17 trilyon rubl (təxminən 200 milyard avro) təzminat tələb edir. Bu rəqəm, Ukraynada genişmiqyaslı müharibə başladıqdan sonra "Euroclear" depozitarisində dondurulan Rusiya qızıl-valyuta ehtiyatlarının ümumi məbləğinə bərabərdir.

Mənbələr qeyd edir ki, bu məhkəmə iddiası Avropada Rusiya aktivlərinin müsadirə edilməsi planlarına cavab xarakteri daşıyır.

Rusiyada Avropa İttifaqı ölkələrinə məxsus birbaşa dövlət mülkiyyəti demək olar ki, mövcud olmadığı üçün, rəsmi Moskva zərbəni Avropa biznesinin aktivlərinə və "qeyri-dost" ölkələrin birbaşa investisiyalarına vurmağı planlaşdırır. Bu çərçivədə Norveç Neft Fondu və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) aktivlərinin də hədəfə alına biləcəyi vurğulanır.

Sara,
NOCOMMENT.az