Rusiya Federasiyası hökuməti Rusiyaya, onun şirkətlərinə və vətəndaşlarına qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin və ərazilərin siyahısını təsdiqləyib.
NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti müvafiq sərəncam imzalayıb.
Bildirilir ki, siyahıya bu dövlətlər və ərazilər daxildir: “Avstraliya, Albaniya, Andorra, Böyük Britaniya (Cersi, Angilya, Britaniya Vircin Adaları, Cəbəllütariq daxil olmaqla), Aİ dövlətləri, İslandiya, Kanada, Lixtenşteyn, Mikroneziya, Monako, Yeni Zelandiya, Norveç, Cənubi Koreya, San Marino, Şimali Makedoniya, Sinqapur, ABŞ, Tayvan, Ukrayna, Monteneqro, İsveçrə, Yaponiya”.
Qeyd edilib ki, adı çəkilən ölkələr və ərazilər RF Silahlı Qüvvələrinin Ukraynada xüsusi hərbi əməliyyatına başladıqdan sonra Rusiyaya qarşı sanksiyalar tətbiq edib və ya onlara qoşulublar.












