Saakaşvilinin vəkili:  Sanki meyitdir…

Saakaşvilinin vəkili: Sanki meyitdir…

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vəkili onun səhhəti barədə danışıb.

NOCOMMENT.az xəbər verir ki, vəkil Şalva Xaçapuridze eks-prezidentin vəziyyətini ölü ilə müqayisə edib.

O, bildirib ki, siyasətçinin səhhəti çox ağırlaşıb.

“Saakaşvili çox ağır vəziyyətdədir. Üzü göyərib, əlləri gücsüzdür. Üzünə baxanda sanki meyitdir. Elə bil ki, 2-3 gün qabaq ölmüş insanın simasıdır. Çox ağır durumdadır. Onun xəstəlikləri Gürcüstanda müalicə oluna bilməz”, – deyə vəkil Xaçapuridze qeyd edib.

Vəkil, həmçinin Saakaşvilinin cəzasının həkimlər qəti rəy verənə qədər təxirə salınmasının vacibliyini vurğulayıb: “Onun üçün xüsusi yer lazımdır ki, müalicə olunsun”.

Hazırda Mixail Saakaşvili may ayından köçürüldüyü özəl klinikada müalicə olunur, amma onun səhhətində irəliləyiş yoxdur.