Sərhədin delimitasiyası üzrə komissiya tezliklə yaradıla bilər

Sərhədin delimitasiyası üzrə komissiya tezliklə yaradıla bilər

“Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiya tezliklə yaradıla bilər”.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko “RİA Novosti”yə verdiyi müsahibəsində deyib.

Rudenko xatırladıb ki, noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri Rusiyanın məsləhət xarakterli dəstəyi ilə iki ölkə arasında sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması barədə razılıq əldə ediblər.

O bildirib ki, Rusiya bu razılığın ən yüksək səviyyədə həyata keçirilməsi üçün hər hansı keçilməz maneə görmür.