Şok İDDİA: Rusiya bunu Paşinyanın masasına göndərib, tələb edir ki…

Şok İDDİA: Rusiya bunu Paşinyanın masasına göndərib, tələb edir ki…

“Rusiya Ermənistanın anti-Rusiya davranışlarından narahatdır”.

NOCOMMENT teleqraf.-a istinadən xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazıb.

Nəşr Rusiyanın Ermənistan mediasını fəal şəkildə izlədiyini iddia edib: “Rusiya Ermənistanın anti-Rusiya davranışından narahatdır və hesab edir ki, rəsmi İrəvan Avropa və ABŞ-la oyunlarını davam etdirir.

Əldə etdiyimiz məlumata görə, Rusiya hüquq-mühafizə orqanları Rusiya-Ukrayna müharibəsi ilə bağlı hakimiyyətin özünü necə apardığını aydınlaşdırmaq üçün erməni mediasını fəal şəkildə izləyir. Dövlət mediasının məzmununa da eyni qaydada nəzarət edilir.

Monitorinq nəticəsində hökumətin Ermənistanda anti-Rusiya təbliğatını himayə etməsinin sübutu kimi gündəlik hesabatlar tərtib edilərək Ermənistan hakimiyyət orqanlarına, habelə Nikol Paşinyanın masasına göndərilir. Onların fikrincə, bunlar hökumət üzvlərinin anti-Rusiya fikirlərini ifadə edir.

Ruslar dərhal tədbirin görülməsini və günahkarların cəzalandırılmasını istəyirlər. Rusiya artıq Paşinyanın ikili oyunlarına dözməyə hazır deyil və mütləq sədaqət və müttəfiqlik sübutunu tələb edir”.