TƏCİLİ! Dəhşətli partlayış baş verdi - ABŞ İranda əməliyyata başladı

TƏCİLİ! Dəhşətli partlayış baş verdi - ABŞ İranda əməliyyata başladı

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) regional təhlükəsizliyə hədə yaradan addımlara cavab olaraq İrana məxsus hərbi hədəflərə qarşı yeni əməliyyat keçirib. Məlumata görə, əməliyyat çərçivəsində İran ordusuna aid radar sistemləri və pilotsuz uçuş aparatlarının (PUA) idarəetmə məntəqələri dəqiq zərbələrlə sıradan çıxarılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib. Qurumun yaydığı məlumatda qeyd olunub ki, özünümüdafiə məqsədilə həyata keçirilən bu əməliyyat zamanı İrana aid radar qurğusu, eləcə də Qəruk və Qeşm adasındakı idarəetmə və nəzarət mərkəzləri hədəf alınıb. ABŞ tərəfi bu zərbələrin bölgədəki naviqasiya təhlükəsizliyini qorumaq və Amerika qüvvələrinə qarşı yönələn təhdidlərin qarşısını almaq məqsədi daşıdığını bəyan edib.

Qeyd edək ki, bu əməliyyatdan əvvəl ABŞ Mərkəzi Komandanlığı İranın Küveyt istiqamətində ballistik raket atdığını və həmin raketin uğurla zərərsizləşdirildiyini açıqlamışdı. Son həftələr ərzində tərəflər arasında qarşılıqlı zərbələr intensiv xarakter alıb. Amerika ordusu Bəndər-Abbas liman şəhərinə hücum edərək PUA buraxılış qurğusunu məhv etmiş, buna cavab olaraq isə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın regiondakı aviabazasına zərbə endirmişdi. Rəsmi Tehran hücumların davam edəcəyi təqdirdə ABŞ-a qarşı daha qətiyyətli və amansız addımlar atacaqlarını bəyan edib.