TƏCİLİ! Türkiyədə GƏRGİNLİK - Parlamentə hücum etdilər

TƏCİLİ! Türkiyədə GƏRGİNLİK - Parlamentə hücum etdilər

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasında (CHP) daxili siyasi çəkişmələr və gərginlik yenidən pik həddə çatıb. Partiya üzvləri arasında baş verən fiziki qarşıdurmadan sonra rəhbərlik təcili addımlar atmaq məcburiyyətində qalıb.

Yeni Sabah Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) binası qarşısında CHP üzvləri arasında baş verən əlbəyaxa toqquşmalardan sonra partiyanın keçmiş lideri və kamalçıların (kemalistlərin) əsas simalarından olan Kamal Kılıçdaroğlu mühüm qərar qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, o, partiyanın parlament fraksiyasının növbəti iclasının parlament binasında deyil, CHP-nin baş qərargahında keçirilməsinə qərar verib. Kılıçdaroğlu bu addımı Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın xüsusi müraciətindən sonra atdığını bildirərək, "kamalçıları bir-biri ilə qarşı-qarşıya qoyan çirkin oyunların alətinə çevrilməyəcəyini" xüsusi vurğulayıb.

Keçmiş partiya sədri daxili birliyin qorunmasının vacibliyinə toxunaraq, partiya daxilində iğtişaşlar yaratmaq cəhdlərinin yalnız CHP-də qarşıdurma istəyən qüvvələrin maraqlarına xidmət etdiyini və hazırda düşmənçilik yox, çiyin-çiyinə dayanmaq zamanı olduğunu bəyan edib. Bununla belə, partiyadakı parçalanma vizual olaraq da özünü büruzə verib. Belə ki, hazırkı sədr Özgür Özəli dəstəkləyən deputatlar və partiya üzvləri parlament binasına toplaşdığı halda, Kılıçdaroğlu tərəfdarları və kamalçı qanad qətiyyət nümayiş etdirərək CHP-nin baş qərargah binasına axışblar. Ekspertlər bu hadisəni partiya daxilindəki liderlik və ideoloji mübarizənin yeni və daha kəskin mərhələsi kimi qiymətləndirirlər.

Sara,
NOCOMMENT.az