Tokayev Nazarbayevi vəzifəsindən kənarlaşdırdı

Tokayev Nazarbayevi vəzifəsindən kənarlaşdırdı

Yanvarın 5-də Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev iki gün ərzində xalqa ikinci müraciətini edib.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, dövlət baçısı paytaxtı tərk etmək fikrində olmadığını bildirib.

O əlavə edib ki, sabahdan Nursultan Nazarbayevin yerinə Təhlükəsizlik Şurasına rəhbərlik edəcək.

Dövlət başçısı, həmçinin “çox sərt davranacağını” da açıqlayıb.